Londondakı Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar vəfat edib
Böyük Britaniyadakı Azərbaycan icmasının nümayəndəsi, Londonda fəaliyyət göstərən Azərbaycan Evi Dostluq və Mədəniyyət Mərkəzinin rəhbəri Əli Təkin Atalar vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Əli Təkin Atalar Azərbaycanın Böyük Britaniyada tanıdılması, eləcə də Azərbaycan icmasının birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm xidmətlər göstərib.
Səfirliyin başsağlığı mesajında qeyd olunub ki, onun Azərbaycan–Böyük Britaniya əlaqələrinin inkişafına və Azərbaycan–Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələr daim xatırlanacaq.
“Əli Təkin Ataların vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı verir, səbir diləyirik”, – deyə bəyanatda vurğulanıb.


19:08 03.07.2026
Oxunuş sayı: 77