Rusiyanın yüksəkvəzifəli məmurları bir-birinin ardınca həbs olunur
Rusiyada bir sıra sabiq və hazırkı yüksəkvəzifəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Moskva məhkəməsinin qərarı ilə dələduzluq ittihamı üzrə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) sabiq rəhbəri Aleksandr Neradko və onun müavini Konstantin Maxov istintaq təcridxanasına göndəriliblər.
Bundan əlavə, dələduzluq işi çərçivəsində Leninqrad Hərbi Dairəsinin 44-cü Ordu Korpusunun sabiq komandanı, general-mayor Aleksandr Dembitski də həbs edilib.
Eyni zamanda, Federal Probir Palatasının Büdcə İdarəsinin rəisi Andrey Parşin və onun müavini Vladimir Sidorçik xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Həmçinin Moskva məhkəməsi Lavna Dəniz Ticarət Limanının baş direktoru və “GTLK” ASC-nin İnvestisiya Layihələri Direksiyasının direktoru Stanislav Multaxı da xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə istintaq təcridxanasına göndərib.
18:54 03.07.2026
Oxunuş sayı: 53