Ermənistan xaricdə yaşayan vətəndaşların səsvermə hüququnu məhdudlaşdırdı
Ermənistan parlamenti xaricdə daimi yaşayan vətəndaşların seçkilərdə səs vermə hüququnu məhdudlaşdıran dəyişiklikləri qəbul edib.
Crossmedia.az xəbər verir ki, Ermənistan Milli Assambleyası bu barədə məlumat yayıb.
Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, parlament seçkilərində və referendumlarda yalnız son 730 günün azı 366 gününü ölkə ərazisində yaşayan Ermənistan vətəndaşları iştirak edə biləcək.
Təkliflər hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputatlar tərəfindən irəli sürülüb və ikinci oxunuşda təsdiqlənib.
17:37 03.07.2026
Oxunuş sayı: 47