MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçiriləcək
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda silsilə seminarlardan ibarət layihəsi davam edir.
Layihənin məqsədi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin möhkəmləndirilməsi, mediada dildən düzgün istifadənin təbliğ edilməsi və bu sahədə savadlılığın artırılmasına dəstək olmaqdan ibarətdir.
Layihə üzrə ikinci seminar oktyabrın 8-i saat 11:00-da Azərbaycan Milli Kitabxanasında Xalq şairi, ictimai xadim Sabir Rüstəmxanlının iştirakı ilə keçiriləcək.
Giriş sərbəstdir.
12:58 02.10.2026
Oxunuş sayı: 78