Xamenei ilə vida mərasiminə görə Tehran üzərində uçuşlar qadağan edildi
İran hakimiyyəti iyulun 6-da paytaxt Tehran üzərində hava məkanının müvəqqəti bağlanacağını elan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qərar ölkənin keçmiş ali dini lideri ayətullah Əli Xamenei ilə vida mərasimi münasibətilə şəhərin əsas küçələrində keçiriləcək kütləvi matəm yürüşü ilə əlaqədar qəbul olunub.
Rəsmilərin bildirdiyinə görə, təhlükəsizlik tədbirləri çərçivəsində iyulun 6-da Tehran üzərində mülki aviasiya uçuşları dayandırılacaq. Vida mərasimində yüz minlərlə insanın iştirak edəcəyi gözlənilir.
18:46 03.07.2026
Oxunuş sayı: 52