Rusiya deputatları Telegramın blokdan çıxarılmasını tələb ediblər
Rusiya parlamentinin deputatları Rəqəmsal İnkişaf Nazirliyini "Telegram" messencerinə tətbiq olunan bloklamanı ləğv etməyə çağırıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Deputatların fikrincə, "Telegram"ın bloklanması dələduzluq sxemlərinin sayını azaltmır, əksinə, dövlətə on milyardlarla rubl xərc yaradır.
Onlar bildiriblər ki, məhdudiyyətlər səbəbindən vətəndaşlar raket təhlükəsi və pilotsuz uçuş aparatları ilə bağlı təhlükə xəbərdarlıqlarını əks etdirən "push" bildirişlərini vaxtında ala bilmirlər.
Deputatlar bu səbəbdən Rusiya Rəqəmsal İnkişaf Nazirliyini "Telegram"ın bloklanmasına yenidən baxmağa çağırıblar.
16:28 03.07.2026
Oxunuş sayı: 55