Monakoda biznesmenin öldürülməsinə cəhddə ukraynalı qadın şübhəli bilinir
Monakoda biznesmenə qarşı sui-qəsd cəhdində 39 yaşlı Ukrayna vətəndaşı Anastasiya Berezovska şübhəli şəxs qismində göstərilib.
Crossmedia.az xəbər verir ki, Fransız hüquq-mühafizə orqanları bu barədə məlumat yayıb.
İstintaqın məlumatına görə, şübhəli şəxs kişi kimi maskalanaraq biznesmenin evinin yaxınlığına partlayıcı qurğu yerləşdirib və onu məsafədən işə salıb.
Məlumata əsasən, Berezovska hazırda Almaniyada yaşayır. İnterpol onun axtarışı üçün beynəlxalq səviyyədə rəsmi bildiriş yayıb.
17:31 03.07.2026
Oxunuş sayı: 59