Rustavi Təhsil və Mədəniyyət Mərkəzi ili uğurla başa vurub
Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 2025-2026-cı tədris ilinin yekunlarına həsr olunan tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsindən bildirilib.
Tədbirə mərkəzin üzvləri, müəllimlər və şagirdlər, həmçinin valideynlər qatılıb.
Mərkəzin rəhbəri Raidə Dərziyeva tədris ilinin yekunlarına dair hesabatla çıxış edib. O, artıq üçüncü tədris ilini uğurla başa vuran mərkəzdə müxtəlif istiqamətlər üzrə, o cümlədən Azərbaycan, ingilis və gürcü dillərinin tədrisi sahəsində nailiyyətlər əldə olunduğunu bildirib, məktəbəqədər hazırlıq kursunun uğurlu nəticələrindən danışıb.
Mərkəzin müəllimləri Rafiq Hümmət, Nazan Mahmudova və Alidə Kazımova ötən ilin yekunlarından və gələcək fəaliyyət istiqamətlərindən danışıb, gənclərə uğurlar arzulayıblar.
Nəzərə çatdırılıb ki, mərkəzdə həyata keçirilən layihələrə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dəstək göstərib. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə Azərbaycan dili kursunu müvəffəqiyyətlə bitirən 10 şagirdə sertifikat verilib, məktəbəqədər hazırlıq kursunun şagirdləri üçün əyləncəli proqram təşkil edilib.
03:42 02.07.2026
Oxunuş sayı: 60