Aleksandr Plüşenko 2026–2027 mövsümündən etibarən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək
2026–2027 mövsümündən etibarən perspektivli fiqurlu konkisürən Aleksandr Plüşenko beynəlxalq fiqurlu konkisürmə yarışlarında Azərbaycan bayrağı altında çıxış edəcək.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Fiqurlu Konkisürmə Federasiyasına ünvanladığı müraciəti müsbət qiymətləndirilib və idmançının Azərbaycanı beynəlxalq arenada təmsil etməsinə rəsmi razılıq verilib.
Azərbaycan Qış İdman Növləri Federasiyası qarşıdakı dövrdə də fiqurlu konkisürmə ilə yanaşı digər qış idman növlərinin inkişafı, perspektivli idmançıların cəlb olunması, paralel olaraq milli idmançıların hazırlanması və Azərbaycanın beynəlxalq idman aləmində mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində effektiv fəaliyyətini davam etdirəcək.
20:46 01.07.2026
Oxunuş sayı: 50