Türkiyə erməni nazirin İstanbul səfərinin xərclərini qarşılayacaq
Ermənistanın səhiyyə naziri Anait Avanesyan iyulun 1-2-də İstanbulda keçiriləcək beynəlxalq nazirlər forumunda iştirak edəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, forum səhiyyə sistemlərinin zəlzələlərə hazırlığı və onların nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunub.
Məlumata görə, Ermənistan nümayəndə heyətinin tədbirdə iştirakı ilə bağlı bütün xərclər ev sahibi qismində Türkiyə tərəfindən qarşılanacaq.
17:06 30.06.2026
Oxunuş sayı: 67