İran Fransaya xəbərdarlıq etdi: Vəziyyəti daha da gərginləşdirməyin
İran Fransa Prezidenti Emmanuel Makronun Hörmüz boğazı ilə bağlı açıqlamalarına reaksiya verib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkəsində paylaşım edib.
Qəribabadi bildirib ki, Anlaşma Memorandumuna əsasən, Hörmüz boğazının minalardan təmizlənməsi yalnız İran tərəfindən həyata keçirilə bilər və Tehran prinsip etibarilə bu prosesdə başqa heç bir ölkənin iştirakına icazə vermir.
O, Fransanı "təxribat xarakterli addımlardan" çəkinməyə çağıraraq, həssas və mürəkkəb vəziyyəti daha da gərginləşdirməməyə səsləyib.
10:37 30.06.2026
Oxunuş sayı: 48