"Aston Martin" 45 yaşlı Fernando Alonso ilə müqavilənin müddətini uzadıb
"Formula 1"in 45 yaşlı pilotu Fernando Alonso "Aston Martin" komandası ilə müqavilənin müddətini uzadıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, onun komanda yoldaşı Lens Strolla da yeni anlaşma əldə olunub. Hər iki sürücü 2027-ci ildə də "Aston Martin"də çıxış edəcək.
Xatırladaq ki, Fernando Alonso "Formula 1"in ikiqat çempionudur.
17:41 29.09.2026
Oxunuş sayı: 36