Fransada rekord istilər nəticəsində təxminən 1000 nəfər həyatını itirib
Fransada müşahidə olunan rekord istilər nəticəsində təxminən 1000 nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fransa Milli Səhiyyə Təşkilatı məlumat yayıb.
Fransanın səhiyyə naziri Stefani Rist bildirib ki, hazırkı isti hava dalğasının bütün nəticələri hələ tam şəkildə üzə çıxmayıb və yaxın günlərdə vəziyyətin daha da ağırlaşa biləcəyi istisna edilmir.
20:08 29.06.2026
Oxunuş sayı: 48