Bakıda çimərlikdə gənc idmançının meyiti tapıldı
MMA döyüşçüsü və müəllimi Sərxan Vəlilinin meyiti tapılıb.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən saat 19 radələrində Şıx çimərliyində baş verib.
Çimərlik ərazisindəki konteynerdən Yardımlı rayon sakini 1998-ci il təvəllüdlü Sərxan Yadigar oğlu Vəlilinin meyiti tapılıb.
Peşəkar idmançının hansı şəraitdə ölməsi hələlik tam müəyyənləşməyib.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
17:25 29.06.2026
Oxunuş sayı: 43