Avropada bir həftədə 1300-dən çox insan istidən həyatını itirdi
Avropada müşahidə olunan ekstremal isti hava son bir həftə ərzində yüzlərlə insanın ölümünə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusun sözlərinə görə, son bir həftə ərzində Avropada müşahidə olunan ekstremal istilər nəticəsində 1300-dən çox insan ölüb.
O bildirib ki, hazırda Avropada təxminən 150 milyon nəfər həddindən artıq isti hava şəraitində yaşayır. Qitədəki yaşayış evləri, iş yerləri və təhsil müəssisələri belə yüksək temperaturlara uyğun inşa edilməyib.
ÜST rəhbəri vurğulayıb ki, iqlim dəyişikliyi fonunda anomal isti hava dalğaları artıq Avropada demək olar ki, hər il təkrarlanır və bu, insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
14:50 29.06.2026
Oxunuş sayı: 59