"Fars News": İran üçün nüvə silahı çəkindiriciliyinə nail olmaq zərurətə çevrilib
İranın SEPAH-a yaxınlığı ilə tanınan "Fars News" agentliyi ölkənin nüvə çəkindiriciliyi əldə etməsinin zəruri olduğunu iddia edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, agentliyin dərc etdiyi şərh yazısında İslam Respublikasına qarşı hərbi variantın gündəmdən çıxarılması üçün nüvə çəkindiriciliyinin vacib olduğu bildirilib.
Məqalədə qeyd olunub ki, yeni dünya nizamına keçid dövründə İranın "lazım olan sülhə" nail olması üçün nüvə çəkindiriciliyi əldə etməsi zəruridir. İddia olunur ki, bu addım digər mübahisələrin danışıqlar yolu ilə həllinə imkan yarada bilər.
"Fars News"un yazısına görə, yalnız belə bir şəraitdə İran danışıqlara "düzgün mövqedən" qoşula bilər.
Agentlik həmçinin iddia edib ki, nüvə çəkindiriciliyi İran, ABŞ və İsrail arasında güc balansının formalaşmasına, eləcə də mümkün münaqişələrin miqyasının idarəolunan səviyyədə saxlanılmasına kömək edə bilər.
23:24 28.06.2026
Oxunuş sayı: 47