Ermənistan bu fonddan 80 milyon avro kredit alacaq
Ermənistan büdcə kəsirinin maliyyələşdirilməsi üçün 80 milyon avro kredit cəlb edəcək
Crossmedia.az xarici mənbəyə istinadən xəbər verir ki, Ermənistan hökuməti büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə OPEK Fondundan 80 milyon avro məbləğində kredit cəlb edəcək.
Belə ki, müvafiq qərar Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
Məlumata görə, kredit 18 il müddətinə verilir və ilk 5 il güzəşt dövrünü əhatə edir. Hazırda kredit üzrə illik faiz dərəcəsi təxminən 4,17 faiz təşkil edir.
Qeyd olunur ki, tərəflər arasında bu kreditlə bağlı razılıq cari ilin 29 aprel tarixində əldə olunub.
21:25 25.06.2026
Oxunuş sayı: 53