Ərdoğan prezident seçkilərində yenidən namizəd ola bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Mehmet Uçum bildirib ki, prezident seçkilərinin 16 aprel 2028-ci il tarixinə keçirilməsi Ərdoğanın yenidən namizədliyini irəli sürməsinə imkan yarada bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, seçkilərin həmin tarixə keçirilməsi növbədənkənar seçki kimi deyil, Konstitusiyaya uyğun şəkildə səsvermə tarixinin dəyişdirilməsi kimi qiymətləndiriləcək.
Mehmet Uçum qeyd edib ki, bu halda Konstitusiyada nəzərdə tutulan istisna mexanizmi tətbiq oluna bilər və Rəcəb Tayyib Ərdoğan üçüncü dəfə ardıcıl olaraq prezident postuna namizədliyini irəli sürə bilər.
20:40 25.06.2026
Oxunuş sayı: 58