İran: Raket proqramından imtina etməyəcəyik
İran raket proqramından imtina etməyi və regiondakı müttəfiqlərinin zəifləməsinə imkan verməyi planlaşdırmır.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tehran Vaşinqtonla aparılan mümkün danışıqlarda İranın regiondakı müttəfiqləri ilə bağlı məsələləri müzakirə etməyi nəzərdə tutmur.
İran isə hesab edir ki, ölkənin raket proqramı və regional tərəfdaşları onun milli təhlükəsizlik strategiyasının əsas elementlərindən biridir.
20:25 25.06.2026
Oxunuş sayı: 52