“Mossad”ın pakistanlı feldmarşal Asim Munirə qarşı sui-qəsd planı ortaya çıxdı
Braziliyalı jurnalist və geosiyasi şərhçi Pepe Eskobar İsrailin kəşfiyyat xidməti olan Mossad tərəfindən Pakistan ordusunun komandanı, feldmarşal Asim Munirə qarşı sui-qəsd planlaşdırıldığına dair iddia irəli sürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Eskobarın sözlərinə görə, hadisənin İran və ABŞ arasında danışıqların davam etdiyi dövrdə, Munirin İsveçrə səfəri zamanı həyata keçirilməsi nəzərdə tutulub.
Jurnalist bildirib ki, Pakistan hərbi kəşfiyyatı planlaşdırıldığı iddia edilən əməliyyat barədə əvvəlcədən məlumat əldə edib. Buna baxmayaraq, Pakistan nümayəndə heyətinin səfər proqramında hər hansı dəyişiklik edilməyib.
Eskobarın iddiasına görə, İslamabad İsrailə sərt xəbərdarlıq göndərərək, nümayəndə heyətinə qarşı hər hansı addımın ciddi nəticələr doğuracağını bəyan edib.
O həmçinin qeyd edib ki, iddia olunan sui-qəsd planının məqsədi Tehran və Vaşinqton arasında davam edən danışıqları pozmaq və regionda gərginliyi artırmaq olub.
19:40 25.06.2026
Oxunuş sayı: 56