Yəməndə jurnalist avtomobil partlayışı nəticəsində həlak olub
Yəmənin Hadramaut əyalətində "Əl-Ərəbiyyə" və "Əl-Hədəs" telekanallarının müxbiri Məhəmməd Aida avtomobilində baş verən partlayış nəticəsində həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Məlumata görə, jurnalistin avtomobilinə əvvəlcədən yerləşdirilmiş partlayıcı qurğu işə düşüb. Nəticədə o, hadisə yerində həlak olub.
Hadisə Hadramaut əyalətinin inzibati mərkəzi olan Əl-Mukalla şəhərində qeydə alınıb.
19:30 25.06.2026
Oxunuş sayı: 52