Tramp: ABŞ raketindən istifadə olunduğuna dair sübut görməmişəm
ABŞ Prezidenti Donald Tramp İranda yerləşən Minab ibtidai qızlar məktəbinə edilən ölümcül hücumun məsuliyyətinin tam şəkildə müəyyənləşdirilməsinin çətin ola biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Trampın sözlərinə görə, hadisə baş verən zaman bölgədə çox sayda raket atıldığı üçün hücumun hansı tərəf tərəfindən həyata keçirildiyini dəqiqləşdirmək asan deyil.
“Bilmirəm ki, onlar bu məsələni necə həll edəcəklər. Hər tərəfdə raketlər uçurdu və baş verənlər dəhşətlidir”, – o qeyd edib.
O, həmçinin hücumun ABŞ raketi ilə həyata keçirildiyinə dair iddialara münasibət bildirərək, bu versiyanı təsdiqləyən hər hansı sübut görmədiyini vurğulayıb.
Qeyd edək ki, Minab şəhərindəki məktəbə edilən hücum nəticəsində 168 şagird olmaqla, 175-dən çox uşaq və müəllim həlak olub.
19:15 25.06.2026
Oxunuş sayı: 57