Rusiya Ermənistana çağırış etdi: KTMT ilə bağlı qərarınızı açıqlayın
Rusiya Ermənistandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı mövqeyini dəqiqləşdirməsini gözləyir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın təşkilatı yanında daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
“Erməni tərəfi təşkilatda qalacağını, yoxsa başqa ssenariyə üstünlük verdiyini açıqlamalıdır”, – deyə o vurğulayıb.
17:25 25.06.2026
Oxunuş sayı: 52