Fransa meydanında separatçı simvollarla bağlı gərginlik yaşandı
İrəvanda son günlər Fransa meydanında separatçı simvollarla bağlı gərginlik yaşanır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Erməni İnqilabi Federasiyası – Daşnaksütyun Partiyasının Gənclər Birliyinin məlumatına görə, gecə saatlarında Artsax bayrağı adlandırılan bayrağı yenidən quraşdırmağa cəhd edən təşkilatın iki üzvü polis tərəfindən saxlanılıb.
Təşkilatdan bildirilib ki, sözügedən simvolika İrəvan meriyasının göstərişi ilə ərazidən yığışdırılır. Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.
17:42 25.06.2026
Oxunuş sayı: 55