Müharibədə yeni mərhələ: Ukrayna əlavə qüvvələr toplamağa başlayır
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski bildirib ki, Belarus ərazisindən mümkün yeni hücum təhlükəsi fonunda ölkənin yeni hərbi briqadalar formalaşdırmasına ehtiyac yarana bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya əsas istiqamətlərdə istədiyi nəticəni əldə edə bilmədiyi təqdirdə, şimal istiqamətindən cəbhə xəttini daha 160 kilometr genişləndirməyə cəhd göstərə bilər.
Sırski vurğulayıb ki, mövcud bölmələrin şəxsi heyətinin artırılması təkbaşına kifayət etmir və daha uzun cəbhə xəttinin müdafiəsini təmin etmək üçün yeni hərbi hissələrin yaradılması zəruridir.
“Cəbhə həm eninə, həm də dərinliyinə genişləndikdə, sadə hesablamalar göstərir ki, yeni hərbi hissələrə ehtiyac yaranır”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı qeyd edib.
17:34 25.06.2026
Oxunuş sayı: 43