Venesuelada güclü zəlzələ: 126 ilin ən şiddətlisi olduğu bildirilir
Venesuelada baş verən zəlzələ son 126 ilin ən güclüsü kimi qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ Geoloji Xidmətinin (USGS) arxiv məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, ölkədə sonuncu bu gücdə zəlzələ 1900-cü ildə qeydə alınıb və onun maqnitudası 7,7 olub.
Çərşənbə axşamı axşam saatlarında Venesuelada 7,2 və 7,5 maqnitudalı iki güclü yeraltı təkan baş verib. Zəlzələlərin episentrləri Yarakuy ştatında bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib.
İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində azı 32 nəfər həlak olub, 700-dən çox insan yaralanıb, onlarla bina isə dağılıb.
16:38 25.06.2026
Oxunuş sayı: 43