Türk dünyasında autizm sahəsində əməkdaşlıq genişlənir
Azərbaycan Autizm Assosiasiyası və Türk Dövlətləri Autizm Federasiyasının prezidenti Elnur Məmmədli, Assosiasiyanın vitse-prezidenti Sona Əliyeva və Assosiasiyanın üzvlərinin iştirakı ilə Qazaxıstan Respublikasından Azərbaycana səfərə gələn Qazaxıstan Parlamentinin deputatları Guldara Nuriyüva, Azhar Saqandıpova və EECA regionu üzrə regional menecer Aleysa Matuseviç ilə görüş baş tutub.
Crossmedia.az xəbər verir ki, görüş zamanı autizm sahəsində mövcud problemlər və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin gələcəkdə Türk dünyasında, eləcə də Azərbaycan və Qazaxıstan arasında autizm sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin gücləndirilməsi və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımların atılmasının vacibliyi vurğulanıb.


16:33 13.06.2026
Oxunuş sayı: 54