İnsanların problemlərini dinləmədən həll mümkün deyil - Somsook Boonyabancha
Bizim böyük bir problemimiz var.
Crossmedia.az xəbər verir ki, bunu Asiya Mənzil Hüquqları Koalisiyasının sədri Somsook Boonyabancha Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş "Qlobal Mənzil Böhranı: Plan Nədir?" adlı tədbirdə bildirib.
O, əlavə edib ki, milyardlarla insanın hazırki şəraiti qənaətbəxş deyil:
“Bu prosesdə çoxlu iştirakçılar var. Bu o deməkdir ki, özəl və hökümətyönümlü işlər kifayət deyil. Biz həllə nail olmaq istəyiriksə məsələni ciddi qiymətləndirməliyik. Xüsusilə, icma yönümlü qiymətləndirmələr aparmalıyıq.
Bu sektorda problemin həllinə can atmalı, insanları fərdi evlərlə təmin etməliyik. Beləliklə, biz böyük bir kütləni fəal iştirakçıya çevirdik ki, bu prosesdə torpaq sahibləri də iştirak edir, dövlətlərlə görüşüb həll yolları axtarırlar.
Biz məsələni siyasi və sosial tərəfdən həll etməyə çalışırıq. İnsanlar arasında mənzil təminatı ilə sorğular keçirib problemlərini dinləyirik. Onlar problemi necə həll etmək istəyirlərsə müzakirələr edirik”.
Ayhan
16:04 19.05.2026
Oxunuş sayı: 62