XXI əsr konnektivlik əsridir - Pərviz Şahbazov
COP29 göstərmişdi ki, Azərbaycan regional konnektivliyə xüsusi diqqət ayırır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş “Qlobal Mənzil Böhranı: Plan nədir?” adlı tədbirdə deyib.
O, əlavə edib ki, enerji xəttləri, nəqliyyat dəhlizləri hamısı yeni bir arteriya sistemidir.
XXI əsr konnektivlik əsridir. Söhbət burda dayanıqlı inkişafdan və regional əməkdaşlıqdan gedir. Azərbaycan daim inkişaf edir. Bu məsələdə İlham Əliyevin də strateji baxışı var. Bu baxış da problemlərin həllinə və sülhə hesablanıb.
8 geqavat enerji tutumu artıq qurulmaqdadır. Bu təkcə böyük bir elektrik eksponsiyası deyil. O deməkdir ki, biz yeni sənaye dövrünə qədəm qoyuruq. Gələcəyin şəhərləri daha az enerji sərfiyyatı aparacaq.
Biz təkcə infrastruktur yox, həm də gələcəyin şəhərlərini qururuq. Bu istiqamətdə də vahid konsepsiya çərçivəsində ciddi addımlar atılır. 2050-ci ilə qədər olan hədəflər göstərir ki, bu layihə çöx böyük əhəmiyyətə malikdir.
Hazırda yeni günəş panelləri hazırlanır, növbəti faza üçün qiymətləndirmə keçirilir. Gələcəyin şəhərləri təkcə hündürmərtəbəli binalar deyil, həm də bağlantı deməkdir ki, bu bağlantının kökündə də enerji dayanır. Enerji məsələlərində Azərbaycan xüsusi haba çevrilməkdədir.
Ayhan
15:25 19.05.2026
Oxunuş sayı: 67