Qlobal mənzil böhranı fonunda Azərbaycan modeli nə vəd edir?
Azərbaycanın təcrübəsi əsasən şəhərsalma sahəsindədir. Mən bu sahədə son dövrlərdə həyata keçirilən islahatlardan danışacağam.
Bunu Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş “Qlobal Mənzil Böhranı: Plan nədir?” adlı tədbirdə Crossmedia.az-a açıqlamasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədri Anar Quliyev deyib.
O əlavə edib ki, hazırda dünyada “10 və ya 15 dəqiqəlik şəhər” konsepsiyası mövcuddur. Bu konsepsiya o deməkdir ki, insan yaşadığı yerdən maksimum 10-15 dəqiqə ərzində şəhərin istənilən nöqtəsinə çata bilsin.
Yəni o, işə, təhsilə və ya istirahət məqsədilə gün ərzində lazım olan hər yerə rahat şəkildə gedə bilsin.
Bu, son dövrdə bizim ortaya qoyduğumuz yeni bir yanaşma deyil. Dünyada artıq formalaşmış və qəbul edilmiş bir tendensiyadır. Şəhərlər daha humanist və insan yönümlü şəkildə planlaşdırılır və inşa edilir.
Azərbaycanın da bu sahədə böyük təcrübəsi var. Xüsusilə, post-münaqişə ərazilərində həyata keçirilən yenidənqurma işlərindən sonra artıq “Azərbaycan modeli” formalaşıb.
Bu gün burada həmin Azərbaycan modelindən danışa bilərik. Bir çox beynəlxalq ekspertlər də bu modeli məhz bu adla təqdim edirlər.
Ayhan
15:20 19.05.2026
Oxunuş sayı: 57