Nəqliyyat koridorları Azərbaycan üçün strateji əhəmiyyət daşıyır - Rəşad Nəbiyev
Bizim üçün nəqliyyat koridorları mühüm əhəmiyyət kəsb edir.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş “Qlobal Mənzil Böhranı: Plan nədir?” adlı tədbirdə bildirib.
Hər qurulan dəmir yolu bizə yeni imkanlar açır. Bizim digər sahələrdə də inkişafımıza töhfə verir. Konnektivlik investisiya məsələsidir. Biz nail olduq ki, bütün nəqliyyat yolları Azərbaycandan keçsin.
Keçən il Azərbaycandan 17 milyon ton yük keçirilmişdir. Belə sual yaranır ki, hansı şəhərlər koridorlar boyu ilə qurulmalıdır? Bakının mobilliyi və şəhər nəqliyyat sisteminə xüsusi məqsədlərlə başladıq. Dedik ki, mütləq vətəndaşlarımızın özəl avtomobillərindən ictimai nəqliyyata keçid etməlidir.
Bu gün 20 minə yaxın taksi var. Əvvəl taksi sürücüləri 20 saata yaxın işləyirdilər ki, bu da sərnişinlərə təhlükə yaradırdı. Mikromobilliyi də artıraraq yeni piyada keçidləri qurmuş, velosiped yolları çəkmişik.
Düşünürük ki, bu karbon emissiyalarını da azaldacaq. Çox yolların tikilməsi o demək deyil ki, şəhərlərdəki sıxlığı aradan qaldıracağıq. Biz çalışacağıq ki, urban mobilliyini təmin edək.
Ayhan
14:26 19.05.2026
Oxunuş sayı: 56