Ağdamda 100 min əhalinin məskunlaşması gözlənilir - Anar Quliyev
Ağdamda 100 min əhalinin məskunlaşması gözlənilir.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş “Qlobal Mənzil Böhranı: Plan nədir?” adlı tədbirdə bildirib.
O, əlavə edib ki, Ağdamın baş planında 5 yaşayış məntəqəsinin tikintisi nəzərdə tutulub. Baş plan artıq həyata keçirilməyə başlayır. Strateji infrastruktur qurulub.
Eyni zamanda, yeni muğam mərkəzi yaradılıb ki, bu da milli irsimizi davam etdirir. Yeni hotellər qurulmuşdur. XVIII əsrə aid olan imarət kompleksi bərpa edilib.
Bütün bu yaşıl ərazilərə baxsaq, Zəngilan əsas yaşıl zona hesab olunur. Burada kompakt məskunlaşmadan və həmçinin yaşıl enerji resurslarına çıxışdan söhbət gedir. Zəngilan artıq yeni yaşayış məhəlləsini təhvil verib bununla da iki yaşayış məhəlləsi olub.
Zəngilanda konqres mərkəzi və məscid tikilib. Yeni məscidin tikintisi də tamamlanmışdır. Şuşa şəhərinin 25 min əhalisi var. Əsas sahəsi isə turizm üçün ayrılıb.
Şuşa mədəni inkişaf üçün böyük imlanlar yaradır. Kəlbəcər də rifah təminatı yeridir. Təxminən 17 min əhalisi var. Turzim üçün 25 hektar yer ayrılıb. Kəlbəcər xüsusu hündürlükdə yerləşir. Kəlbəcərin baş planı xüsusi kadastr əsasında hazırlanıb. Bu yanaşmaya əsasən 900 kənd 300 müasir yaşayış məntəqəsi kimi yenidən qurulur.
14:36 19.05.2026
Oxunuş sayı: 51