Şəhərlərə uzunmüddətli iqtisadi təminatlar verilməlidir - Ceyhun Bayramov
Şəhərlər qlobal emissiyaların artmasına təkan verir. Azərbaycan bütün bu tədbirləflə öz sinerjisini qurub ki, dövlətləri bir araya gətirir və müzakirələr aparılır.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş "Qlobal Mənzil Böhranı: Plan Nədir?" adlı tədbirdə bildirib.
O, əlavə edib ki, bizim təcrübə onu göstərir ki, infrastruktur və şəhərsalma birbaşa bir birinə bağlıdır. Eyni zamanda şəhərlərə təminat veririk ki, biz uzunmüddətli iqtisadi təminatlar əldə edək.
Azərbaycan bu gün yenidənqurma işlərini bərpa etdirir. Bütün kənd və şəhərlər yenidən qurulur ki, bu zaman jqlim dəyişikliyi də nəzərə alınır, yeni data mərkəzləri yaradılır.
Eyni zamanda biz geniş tikinti layihələri həyata keçiririk. Demək olar ki, 50 milyard dollardan çox sərmayə qoyulub. Biz bunu sülh quruculuğunun təməl hissəsi kimi görürük. Bütün bu fəaliyyətləri nəzərə alsaq görərik ki, uzun illər davam edən münaqişə vəziyyəti artıq sabitliyə keçid edir.
Ayhan
13:47 19.05.2026
Oxunuş sayı: 47