Fuad Axundov: Bakı “Qafqazın kiçik Parisi” kimi tanınırdı
Bakını “Qafqazın kiçik Parisi” adlandırırdılar.
Crossmedia.az xəbər verir ki, bunu Bakının tarixi və memarlığı sahəsində tədqiqatçı Fuad Axundov Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunmuş "Qlobal Mənzil Böhranı: Plan Nədir?" adlı tədbirdə bildirib.
O, qeyd edib ki, Bakı milyonçuları keçən əsr şəhərin simasını dəyişdilər: “Çox gözəl binalar tikdilər. Azərbaycanda polşall memarlar, advekatorlar və yəhudilər var idi. Onlar keçən əsr v öncəki əsrlərdə Bakıda öz bacarıqlarını göstərirdilər. Həmçinin Bakının baş planını hazırlayan memarlardan biri də alman idi. Onlar gəlib yerli memarlara təhsil verdilər, inkişaf etdirdilər. Və sovet dövründə çox gözəl memarlıq nümunələri yaradan azərbaycanlı memarlar oldu. Onlar Azərbaycanın indi gördüyünüz gözəlliyini yaratdılar.
Ayhan
11:21 19.05.2026
Oxunuş sayı: 88