Uzunmüddətli tərəfdaşlıq vacibdir - Gülşən Rzayeva
Rəqəmlər kifayət qədər hər şeyi deyir. Problemin aktuallığını göstərir. Bu elə problemdir ki, nə sərhəd tanıyır, nə ölkə.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva Bakıda ÜmumdünyaŞəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasiminə həsr olunmuş mətbuat konfransında deyib.
İqtisadi cəhətdən dözümlü sistem qurmalıyıq. Bu mənzil yox, insan hüquqları çağırışıdır. Bu çağırışdan sonra biz fəaliyyətə keçməliyik.Torpaq idarəçiliyində məsuliyyətli olmaq lazımdır. Torpaqların idarəçiliyindən və planlaşdırılmasından düzgün istifadə mənzil qiymətlərini münasib edir.
Həmçinin yeni tikinti inşaat üsullarından istifadə edilməlidir. Son olaraq isə tərəfdaşlıq etmək lazımdır. Siyasi çərçivəni müəyyənləşdirmək və özəl sektorla da əməkdaşlıq edilməlidir.
Müvafiq tənzimləyicilər olarsa, icmalar da mənzilə daha rahat çıxa bilər. Şəhərsalma stratrji bir alətdir.
Ayhan
10:40 19.05.2026
Oxunuş sayı: 52