Bu gün Şuşa və Trabzon şəhərləri qardaşlaşacaq
Bu gün Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri qardaşlaşacaq.
Crossmedia.az xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, bununla da Şuşa ilə qardaşlaşan şəhərlərin sayı 10-a çatacaq.
10:22 19.05.2026
Oxunuş sayı: 40