Bu il Şuşada 15 tarixi abidənin konservasiya işləri aparılacaq
2026-cı ildə Şuşada 15 tarixi abidənin konservasiya işləri aparılacaq.
Crossmedia.az xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, son 5 ildə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlər həyata keçirilir və proses sürətlə davam etdirilir:
"Şuşa azad olunduqdan dərhal sonra şəhərdə bərpa-quruculuq işlərinə başlanıldı. Təkcə Şuşa yox, azad olunmuş ərazilər işğal dövründə ağıla gəlməyən dağıntılara məruz qalıb. Ən çox Şuşaya, onun mədəni tarixinə ziyan vurulub. 100-dən çox abidə, məscid, digər tarixi-dini-mədəni binalar dağıdılıb".
A.Kərimov qeyd edib ki, bunlar işğal dönəmində düşünülmüş siyasətin nəticəsi olub:
"Şuşada indiyədək 27 tarixi abidə, 5 məscid, 1 kilsə, Bülübülün Ev muzeyi və Üzeyir Hacıbəyovun abidəsi bərpa edilib. Bu gün şəhəri ziyarət edən turistlər işğal dönəmi ilə indiki vəziyyətin fərqini görürlər".
Xüsusi nümayəndə əlavə edib ki, bu il Şuşada 15 tarixi abidənin konservasiya işlərinə başlanılacaq.
10:13 19.05.2026
Oxunuş sayı: 53