Hörmüz və enerji infrastrukturu yenidən risk altında
İran ABŞ Hərbi Hava Qüvvələrinin uçuş taktikalarını və əməliyyat modellərini təhlil etməyə başlayıb.
Crossmedia.az -ın məlumatına görə, "The New York Times" nəşri ABŞ rəsmilərinə istinadən xəbər verir ki, Tehran Vaşinqtonun mümkün yeni zərbələri ilə bağlı təhdidlərindən sonra hərbi hazırlığı gücləndirir.
Nəşrin iddiasına görə, İran bu prosesdə ehtimal ki, Rusiyanın dəstəyindən istifadə edib.
Mənbələrin məlumatına əsasən, ötən ay ABŞ-yə məxsus F-15E qırıcısının vurulması və F-35 təyyarəsinin yerüstü atəşlə hədəfə alınması ABŞ-nin uçuş marşrutlarının müəyyən qədər proqnozlaşdırıla bilən hala gəldiyini göstərib.
Qəzet yazır ki, İran atəşkəs dövründə silahlarının bir hissəsini yenidən yerləşdirib və Hörmüz boğazının bağlanması, eləcə də Körfəz ölkələrinin enerji infrastrukturuna zərbələr endirilməsi kimi ssenarilər üzərində işləyir.
10:28 19.05.2026
Oxunuş sayı: 63