Şəhərlərin gələcəyi qlobal əməkdaşlıqdan asılıdır - Zimbabve rəsmisi
Şəhərlər bütün dünyada dayanıqlı şəhər inkişafını təmin edəcək şəkildə planlaşdırılmalı, inşa edilməli və idarə olunmalıdır.
Crossmedia.az xəbər verir ki, bunu Zimbabve Respublikasının Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasiminə həsr olunmuş mətbuat konfransında deyib.
O, qeyd edib ki, “Dünyanın məskunlaşdırılması: Təhlükəsiz və Dayanıqlı Şəhərlər və İcmalar” mövzusundan çıxış edərək, on üçüncü Ümumdünya Şəhər Forumu qlobal əməkdaşlığın gücləndirilməsinə, siyasi iradənin möhkəmləndirilməsinə və dünya üzrə təxminən üç milyard insanı əhatə edən qeyri-rəsmi yaşayış məntəqələri və evsizlik problemi də daxil olmaqla qlobal mənzil böhranının həllinə yönəlmiş praktik strategiyaların təşviqinə xidmət etməlidir.
Zimbabve Respublikası İkinci Afrika Şəhər Forumuna ev sahibliyi etdiyi üçün Kenya Respublikasını təbrik edir və qeyd edir ki, həmin forumun töhfələri, strateji istiqaməti və qəbul etdiyi bəyannamə bu On üçüncü Ümumdünya Şəhər Forumunun Qlobal Şəhər Gündəliyinə mühüm töhfə verəcək.
Ayhan
16:55 18.05.2026
Oxunuş sayı: 45