Beynəlxalq Su Təşkilatının yaradılmasını təklif edirik - Qazaxıstan baş naziri
Qazaxıstan süni intellekt və rəqəmsallaşma sahəsində öz təcrübəsini beynəlxalq əməkdaşlıq platformaları vasitəsilə paylaşmağa hazırdır. Xüsusilə, Almatıda yaradılmış ESCAP Asiya və Sakit Okean üzrə Dayanıqlı İnkişaf üçün Rəqəmsal Həllər Mərkəzi bu istiqamətdə mühüm rol oynayacaq.
Crossmedia.az xəbər verir ki, bunu Qazaxıstan baş naziri Oljas Bektenov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasiminə həsr olunmuş mətbuat konfransında deyib.
O, qeyd edib ki, bu gün iqlim dəyişikliyi və artan su qıtlığı fonunda dayanıqlı su idarəçiliyi davamlı şəhər inkişafının ayrılmaz hissəsinə çevrilir.
Bu kontekstdə biz Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında beynəlxalq su təşkilatının yaradılması ideyasını irəli sürürük.
Keçən ay Astanada regional ekoloji sammit keçirildi və bu tədbir Mərkəzi Asiya dövlətləri arasında iqlim dayanıqlığı, ekoloji davamlılıq və su təhlükəsizliyi sahəsində praktiki əməkdaşlığa yeni təkan verdi.
Ayhan
16:17 18.05.2026
Oxunuş sayı: 54