Pakistan İranın yenilənmiş təklifini ABŞ-yə təqdim edib
Pakistan İran tərəfindən hazırlanıb yenilənmiş təklifi ABŞ-yə təqdim edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, danışıqlar prosesi həssas mərhələdədir və tərəflər mövqeləri uzlaşdırmağa çalışır. Həmçinin qeyd olunur ki, vaxt getdikcə azalır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma ilə bağlı danışaraq, Tehranın uzun müddətdir anlaşma istədiyini, lakin irəli sürülən şərtlərdən tam məmnun olmadığını bildirib.
16:28 18.05.2026
Oxunuş sayı: 47