Azərbaycan və Gürcüstan arasında enerji və nəqliyyat sahəsində mühüm sazişlər imzalanıb
Azərbaycan Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə iki ölkənin hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş imzalanıb.
Crossmedia.az xəbər verir ki, bundan başqa iki ölkənin hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş və "Bakı–Tbilisi–Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.
15:44 18.05.2026
Oxunuş sayı: 39