3 milyard insan qeyri-kafi yaşayış şəraitindədir - Keniya prezidenti
2002-ci ildə ilk Dünya Şəhərsalma Forumu Keniyanın paytaxtı Nayrobidə keçirildi. Keçən ay biz yenidən Keniyanın Nayrobi şəhərində Afrika Şəhərsalma Forumunu keçirdik. Bu gün isə biz burada — bu möhtəşəm ölkədə, Bakıda keçirilən 13-cü Dünya Şəhərsalma Forumunda bir araya gəlmişik.
Crossmedia.az xəbər verir ki, bunu Keniya prezidenti Viliam Ruto Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasiminə həsr olunmuş mətbuat konfransında deyib.
O, qeyd edib ki, bu forum son dərəcə mühüm əhəmiyyət daşıyır:
“Çünki mənzil problemi demək olar ki, bütün ölkələr üçün həyati məsələdir. Statistik göstəricilər bizə göstərir ki, 3 milyard insan qeyri-kafi yaşayış şəraitindən əziyyət çəkir.
1 milyard insan gecəqondularda yaşayır, 300 milyon insan isə evsizdir. Bunlar sadəcə soyuq statistika deyil. Bunlar rəqəmlər deyil. Bunlar insanlardır. Bunlar ailələrdir. Bunlar uşaqlardır. Məhz buna görə böyük tarixə malik bu möhtəşəm şəhərdə keçirilən bu görüş xüsusi əhəmiyyət daşıyır.
Ayhan
15:31 18.05.2026
Oxunuş sayı: 61