Bəqayi: Xarici təsirlərə qarşı diqqətli olun
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında region ölkələri ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İran bölgədə heç bir ölkə ilə düşmənçilik istəmir və davamlı qonşuluq münasibətlərinin tərəfdarıdır. Bununla yanaşı, region dövlətlərini xarici aktorların bölgədə gərginlik yaratmaq cəhdlərinə qarşı diqqətli olmağa çağırıb.
Bəqayi xüsusilə bəzi ölkələrin ABŞ və İsrail kimi aktorlarla əməkdaşlığının təhlükəsizlik risklərini artıra biləcəyini qeyd edib və son aylardakı hadisələrin dərs çıxarılmalı olduğunu vurğulayıb.
Sözçü həmçinin diplomatik prosesin davam etdiyini, lakin təhdid və gərgin addımların İranın mövqeyini dəyişməyəcəyini bildirib.
Onun sözlərinə görə, İran istənilən ssenariyə hazırdır və mümkün eskalasiya halında cavab verəcəyi mesajını verib.
16:23 18.05.2026
Oxunuş sayı: 46