Türkiyə Krımın Rusiyaya ilhaqını tanımadığını bir daha bəyan edib
Türkiyə Krım tatarlarının deportasiyasının ildönümü ilə bağlı bəyanat yayıb və Krımın Rusiyaya ilhaqını tanımadığını bir daha təsdiqləyib.
Crossmedia.az bu barədə türk mediasına istinadən xəbər verir.
Türkiyə Xarici İşlər Nazirliyi 1944-cü ildə Krım tatarlarının öz tarixi torpaqlarından zorla deportasiya edildiyini xatırladıb və minlərlə insanın sürgün zamanı həyatını itirdiyini bildirib.
Açıqlamada Krım tatar xalqının hüquqlarının və mədəni irsinin qorunmasının vacibliyi vurğulanıb, Türkiyənin bu istiqamətdə dəstəyini davam etdirəcəyi qeyd olunub.
Eyni bəyanatda Çərkəzlərin Qafqazdan deportasiyasının ildönümü də xatırladılıb və hadisə tarixin ən ağır humanitar faciələrindən biri kimi dəyərləndirilib.
15:52 18.05.2026
Oxunuş sayı: 41