Ukrayna bu şəhərin nəzarətə götürüldüyünü açıqlayıb
Ukrayna Zaporojya vilayətində yerləşən Stepnoqorsk şəhərinin nəzarətə alındığını elan edib.
Crossmedia.az xəbər verir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsi (GUR) “Artan” xüsusi təyinatlı dəstəsinin həyata keçirdiyi hücuma dair görüntülər yayıb. Məlumata görə, əməliyyat nəticəsində Rusiya qüvvələrinin mövqelərdən çıxarıldığı və şəhərin əsas nöqtələrinin Ukrayna qüvvələrinin nəzarətinə keçdiyi bildirilib.
Rusiya isə hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyib.
15:26 18.05.2026
Oxunuş sayı: 37