Paşinyan: Köçəryan və Karapetyana "diz çökdürəcəyəm"
Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş prezident Robert Köçəryan və iş adamı Samvel Karapetyan barədə səsləndirdiyi iddia olunan fikirlər ölkə gündəmində rezonans doğurub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Paşinyan çıxışında Robert Köçəryan və Samvel Karapetyana “diz çökdürəcəyini” bildirib. İddialarda, həmçinin Köçəryanın həbs edilərək həbsxanaya göndərilməsi və orada öldürülməsi ilə bağlı sərt ifadələrin yer aldığı qeyd olunur.
Məsələ ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən əlavə açıqlama verilməyib.
14:23 18.05.2026
Oxunuş sayı: 52