“Hizbullah” İsrailə qarşı 339 əməliyyat keçirdiyini açıqlayıb
“Hizbullah” hərəkatı 16 aprel–17 may tarixləri arasında İsrail qüvvələrinə qarşı ümumilikdə 339 əməliyyat həyata keçirdiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hərəkatın yaydığı məlumata görə, əməliyyatlar zamanı İsrailə məxsus 15 komanda məntəqəsi, 3 kazarma, 2 hərbi baza, 7 artilleriya mövqeyi və 1 vertolyot meydançası hədəfə alınıb.
“Hizbullah”, həmçinin idarə olunan raketlər və pilotsuz uçuş aparatları vasitəsilə İsrail ordusuna aid 48 tank, 18 zirehli personal daşıyıcısı və 12 nəqliyyat vasitəsinin tam və ya qismən sıradan çıxarıldığını iddia edib.
Açıqlamada ölən və yaralanan İsrail hərbçilərinin ümumi sayının təxminən 250 nəfər olduğu qeyd olunub.
Rəsmi İsrail isə hələlik bu məlumatlarla bağlı rəsmi açıqlama verməyib.
12:08 18.05.2026
Oxunuş sayı: 40