Simonyanın cəmi 18 faiz erməni olduğu məlum olub
Kremlin təbliğatçısı Marqarita Simonyan bildirib ki, o, uzun müddət özünü “tam erməni mənşəli” hesab etsə də, aparılan DNT testinin nəticələrinə görə cəmi 18 faiz erməni kökənli olduğu ortaya çıxıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, onun bu açıqlaması Rusiya ictimaiyyətində və sosial şəbəkələrdə geniş müzakirə doğurub.
Rusiyanın digər televiziya aparıcısı Vladimir Solovyov isə mövzuya ironik reaksiya verərək, özündə 1 faiz filippinli əcdadın ola biləcəyini iddia edib.
Hadisə daha çox sosial media müzakirəsi və şou xarakterli debat kimi qiymətləndirilir.
11:53 18.05.2026
Oxunuş sayı: 38