Bəqayi Trampı ələ salıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ prezidenti Donald Trampla bağlı 2024-cü ildə çəkilmiş “Şagird” filmindən bir parça paylaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Paylaşımda ABŞ-də fəaliyyət göstərmiş vəkil Roy Konun gənc Trampa söylədiyi “Nə qədər məğlub olsanız da, qələbənizi iddia edin və heç vaxt məğlubiyyətinizi etiraf etməyin. Qazanmaq istəyirsiniz? Qazanmağın yolu budur” sözləri yer alıb.
10:37 18.05.2026
Oxunuş sayı: 39